Oğuzda avtomobil üç yaşlı uşağı və babasını vurdu

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda avtomobil üç yaşlı uşağı və babasını vurdu

Hadisə

26 Oktyabr 2024 00:17 724


Oğuzda avtomobil baba və azyaşlı nəvəsini vurub.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhəri, H. Əliyev prospektində baş verib.

Rayonun Calut kənd sakini İsrail Xələfzadə idarə etdiyi VAZ-21015 markalı avtomobillə rayonun Muxas kənd sakini, 1959-cu il təvəllüdlü Etibar Yoməddin oğlu Fərhadov və onun azyaşlı nəvəsi, 2021-ci il təvəllüdlü Həsən Elsevər oğlu Fərhadovu vurub. Dominos pizza

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan baba və nəvə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Oğuz RMX-da E. Fərhadova ilkin yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün Qəbələ RMX-a göndərilib.

Azyaşlının xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!