Oğuz-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.
Yenisabah.az Report-a istinadən xəbər verir ki, VAZ-2106 və VAZ-2107 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan 1997-ci il təvəllüdlü Pərviz İsayev və və 1995-ci il təvəllüdlü Əli Ellazov xəsarət alıblar. Sezar pizza
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız