Oğuzda it kişiyə hücum edərək ağır xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda it kişiyə hücum edərək ağır xəsarət yetirdi

Hadisə

27 Fevral 2025 23:59 343


Bu gün saat 14:30-da 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) it hücumu nəticəsində xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəyə burunun açıq yarası, əl baş barmağının didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

Xəstəyə ilkin zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi müayinə almaq üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Sezar pizza

Tibb müəssisəsində zərərçəkmişə zəruri tibbi xidmətlər göstərilib. Burunun yumşaq toxumaları tam amputasiya olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!