Oğuzda minik maşını kombaynla toqquşdu:   Sürücü xəstəxanalıq oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda minik maşını kombaynla toqquşdu: Sürücü xəstəxanalıq oldu - Foto

Hadisə

19 İyun 2021 21:32 843


Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında, İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili “Niva” markalı kombayna çırpılıb. Nəticədə minik avtomobili yararsız vəziyyətə düşüb, sürücü ağır bədən xəsarətlərı ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!