Oğuzda qızılcaya 10 yoluxma qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda qızılcaya 10 yoluxma qeydə alındı

Hadisə

05 Dekabr 2023 22:10 746


Oğuzda qızılca xəstəliyinə 10 yoluxma qeydə alınıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayon mərkəzindən və kəndlərdən qızılca xəstəliyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 11 nəfər daxil olub.

Xəstəliyə yoluxanlardan 2-si bu gün xəstəxanaya daxil olub. Hazırda 1 nəfər stasionarda müalicə alır, 7 nəfərə isə ambulator müalicə göstərilib. pizza mizza

Qeyd edək ki, şimal-qərb bölgəsində qızılca xəstəliyinə ilk yoluxma halı sentyabrın ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb. Oktyabrın birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyinə yoluxma qeydə alınıb. Dünən isə Qax rayonunda 2 nəfər bu xəstəliyə yoluxub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!