““Artsax Respublikası”nın rəhbərliyi Azərbaycanın qarşısını almaq üçün Rusiya Federasiyası və sülhməramlı komandanlıqla sıx əməkdaşlıq etməlidir”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
Qarabağı Ermənistanla birləşdirən yeganə magistral yolun bağlanması hadisəsinə toxunub: pizza mizza
“Azərbaycan bəyan edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin formalaşması üçün 5 bəndlik sənəd təqdim edib və Ermənistan bu 5 bəndi yerinə yetirməlidir, əks halda problemi həll etmək üçün sona qədər gedəcəklər”.
Ohanyanın fikrincə, Azərbaycan Qarabağa nəzarəti gücləndirmək istəyir:
“Yadınızdadırsa, deyirdilər ki, o yolla silah-sursat, mina daşınır. Həmkarlarımızdan biri dedi ki, bu, həmin dəhlizə geniş nəzarət üçün zəmin yaradır. Hətta 9 noyabr tarixli üçtərəfli bəyanatda belə deyilir ki, bu dəhliz adekvat genişliyə malik olmalı və Ermənistanla “Artsax” arasında əlaqəni saxlamalıdır.
Azərbaycanın təqdim etdiyi və ya diktə etdiyi sülh gündəmini udmaq, birtərəfli qaydada güzəştə getmək, Ermənistanın maraqlarını, eyni zamanda təhlükəsizliyini təmin etməmək “Artsax”da böyük böhrana səbəb olacaq”.
Telegram kanalımız