Ohanyan və Minasyan cinayət məsuliyyətinə cəlb edilə bilərlər

saytların hazırlanması

Evə çatdırılma

Ohanyan və Minasyan cinayət məsuliyyətinə cəlb edilə bilərlər

Dünya

09 İyun 2025 22:18 272


Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin sədri Alen Simonyana "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan və deputat Artsvik Minasyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi xahişi ilə müraciət göndərib.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı parlament sədrinin mətbuat katibi Movses Arutyunyan təsdiqləyib.

Məlumata görə, cinayət işi 2010-2015-ci illərdə Qeqarkunik rayonunun Draxtik icmasında Sevan Milli Parkına məxsus olan 10.500 kvadratmetr ərazinin qanunsuz mənimsənilməsinə görədir. Ohanyan müdafiə naziri olarkən bu ərazini mənimsəməkdə və büdcə vəsaiti hesabına malikanə tikməkdə ittiham olunur. Marqarita pizza

Öz növbəsində, Artsik Minasyan istintaq məlumatına görə, 2016-2018-ci illərdə təbiətin mühafizəsi üzrə nazir olarkən, Ohanyanın əməllərinə hüquqi qiymət verilməsi üçün tədbirlər görməyib. Üstəlik, cinayəti gizlətmək üçün bəzi sənədləri saxtalaşdıraraq Ohanyanla əlaqəsi olan şəxslərə tikintiyə icazə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!