Ohanyanın Rusiyaya getməsinə imkan verilmədi   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Ohanyanın Rusiyaya getməsinə imkan verilmədi - Səbəb

Rəsmi

16 Oktyabr 2021 17:48 2526


Ermənistanın Xüsusi İstintaq Xidməti “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlamentlərarası Assambleyasının təhlükəsizlik məsələlərinə dair iclasında iştirak etmək üçün Sankt-Peterburqa uçmasına icazə verilməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun yaydığı bəyanatda deyilir.

“Seyran Ohanyanla əlaqədar olaraq, cinayət təqibi çərçivəsində bu qərar verilib”, - bəyanatda bildirilib. Pepperoni pizza

Qeyd olunur ki, ölkə üçün mövcud olan çətin şəraitdə, xarici tərəfdaşlarla böyük əlaqələri və təmas təcrübəsinə malik olan müxalifətçi deputatlar Seyran Ohanyan və Armen Gevorgyanın toxunulmazlıq hüququnun növbəti dəfə pozulması faktı, Ermənistanı beynəlxalq aləmdə təmsil etməyi qadağan edilməsi ölkədə demokratiyanın çöküşünü bir daha sübut edir./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!