Okan Burukdan yeni rekord

saytların hazırlanması

Evə çatdırılma

Okan Burukdan yeni rekord

İdman

06 Noyabr 2024 11:21 656


“Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk yeni rekordun bir addımlığındadır.

Yenisabah.az xəbər verir ki, mütəxəssis “Tottenhem”lə baş tutacaq matçdan qələbə ilə ayrılacağı təqdirdə UEFA Avropa Liqasında ən çox qələbə qazanan türk baş məşqçi olacaq. 

“Başakşehir” və “Qalatasaray”ın başında Avropa Liqasında 15 oyuna çıxan Okan Buruk bu matçlarda 8 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət alıb. İstedadlı mütəxssis özü kimi 8 qələbə əldə edən Şenol Günəş, Aykut Kocaman və Mustafa Rəşid Akçayı geridə qoymaq niyyətindədir.  Sezar pizza

Okan Buruka Avroliqada yeni rekord üçün 1 qələbə kifayət edir. “Tottenhem”lə matçda o buna olduqca yaxındır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!