Tanınmış aktrisa, rəqqasə Oksana Rəsulova sosial şəbəkə hesabında yeni foto paylaşıb.
Rəqqasənin paylaşdığı foto izləyicilərin diqqətini çəkib. Hicab geyimində paylaşdığı fotoya yazdığı şərhdən aydın olub ki, bu, Oksananın yeni fotosesiyyasına görədir.
"Nəhayət ki, çox gözlədiyimiz "Keçmiş əsrin türk qadınları" foto-layihəsi işıq üzü gördü. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Bu layihə sizi yaxşı mənada çox təcübləndirəcək" şərhini yazıb. Layihə izləyiciləri həqiqətən təəccübləndirib. Rəqqasənin fotosuna çoxsaylı şərhlər yazan izləyici kütləsi Oksananın bu imicini çox bəyəndiklərini qeyd ediblər.
Sözügedən fotonu təqdim edirik
https://yenisabah.az/cdn/files/oka.jpg Telegram kanalımız