Oksigenlə zəngin hava şəraiti gözlənilir - ETSN

saytların hazırlanması

Evə çatdırılma

Oksigenlə zəngin hava şəraiti gözlənilir - ETSN

Hadisə

25 Fevral 2021 17:13 862


Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən, əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək.

Yenisabah.az-ın məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq. Bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir: “Rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!