Oktay Gülalıyev Türkiyəyə aparılacaq

saytların hazırlanması

Evə çatdırılma

Oktay Gülalıyev Türkiyəyə aparılacaq

Sosial

05 Noyabr 2019 14:45 1241


“Türkiyədən gələn həkimlərin bildirdiyinə görə atamın vəziyyəti ağırdır”.

"Yeni Sabah"ın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev "Facebook" səhifəsində məlumat verib. O bildirib ki, həkimlər O.Gülalıyevin Türkiyəyə aparılmasında heç bir təhlükə olmadığını bildiriblər: “Ailəsi olaraq onun aparılması üçün razılıq verdik. Hazırda atamın Türkiyəyə aparılması üçün hazırlıq işləri görülür”.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Dominos pizza

Hazırda onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!