Oktyabrın 1-də quru sərhədlər açılacaq? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Oktyabrın 1-də quru sərhədlər açılacaq? - Açıqlama

Siyasət

12 Avqust 2025 22:31 6760


Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Ölkələr arasındakı sabitliyi nəzərə alsaq, oktyabrın 1-dən sonra quru sərhədlərin açılması ehtimalı varmı?

Milli Məclisin deputatı Razi Nurullayev Metbuat.az-a açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı qalması yalnız Azərbaycanla Ermənistan arasında olan münaqişəyə bağlı deyil:

“İndi Azərbaycanla Ermənistan arasında artıq sülh sazişi ilə bağlı razılıq əldə olundu və yəqin ki, artıq gələn il də tam olaraq sülh müqaviləsi bağlanar. Amma belə demək olar ki, artıq Ermənistanla Azərbaycan arasında razılaşma var və ABŞ da bu müqavilənin qrantı kimi çıxış edir desək, yanılmarıq”. pizza hut

Millət vəkilinin sözlərinə görə, oktyabrın 1-dən quru sərhədlərinin açılması hələ ki, bir az problematik görünür:

“Çünki bizim Rusiya ilə də sərhədimiz var və Rusiya ilə Azərbaycan arasında gərginlik mövcuddur. Bu gərginliyə əsaslanaraq demək olar ki, əgər həmin vaxta qədər Azərbaycanla Rusiya arasındakı münasibətlər daha normal bir hala düşərsə, onda sərhədlərin açılması da reallaşa bilər. Əks halda quru sərhədlərinin açılacağı ilə bağlı danışmaq hələ bir qədər çətindir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!