Öldürmür, süründürür: “Yeni virus koronavirus kimi deyil”

saytların hazırlanması

Evə çatdırılma

Öldürmür, süründürür: “Yeni virus koronavirus kimi deyil”

Sağlamlıq

19 Avqust 2024 16:12 2571


Son günlər bir sıra ölkələrdə meymunçiçəyinə yoluxma halları kəskin artıb.

Qonşu Türkiyədə də artıq yoluxma qeydə alınıb.

Afrika İttifaqının Səhiyyə Agentliyinin yaydığı məlumatda bildirilib ki, yalnız ötən həftə ərzində 1200 yeni yoluxma qeydə alınıb. Virusun yayılan 3 növü arasında təhlükəli “Clade 1b” də var. Marqarita pizza

Ümumilikdə bu ilin əvvəlindən Afrika İttifaqının 12 ölkəsində 18 737 yoluxma halı qeydə alınıb, 541 nəfər ölüb.

Maraqlıdır, meymunçiçəyinə yoluxma faizi koronavirusa yoluxma ilə eynidirmi?

İnfeksionist Mərdan Əliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, meymunçiçəyi xəstəliyinə yoluxma faizi olduqca aşağıdır:

"Meymunçiçəyində yayılma koronavirusdakı kimi deyil. Koronavirusda yayılma çox sürətli gedir, təmas yolu ilə yayılır. Meymunçiçəyi isə daha az yayılmağa meyillidir və epidemiya yaratma ehtimalı azdır. Adətən, dəri üzərində səpkilər olur. 

Biz bu xəstələri kənardan daha aydın tanıya bilərik. Koronavirusda isə siptomsuz xəstələr var idi və onlar xəstliyi yaya bilirdi. Meymunçiçəyində isə belə deyil, simptom görünür". O bildirib ki, indi yayılan meymunçiçəyi təhlükəli olmayan variantdır: "Onun öldürmə göstəriciləri isə 1 faizə yaxındır. Bu da böyük bir faiz deyil. Öldürməsi 1 faiz, yoluxdurması isə yenə də aşağıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!