“Taliban” hökumətinin baş nazir müavini bir video yayımlayaraq ölüm xəbərlərini təkzib edib.
Yenisabah.az “Fars News"a istinadla xəbər verir ki, Molla Əbdülqəni Bəradərin videosu Əfqanıstanın dövlət televiziyasında yayımlanıb.
“Taliban”ın Qətərdəki siyasi ofisinin sözçüsü Məhəmməd Nəim videonun yeni olduğunu bildirib. Sezar pizza
Həmin müsahibədə Molla Bəradər ölümü ilə bağlı yayılan şayiələri bir daha təkzib etməklə yanaşı, qrup liderləri arasında ixtilaf iddialarını da rədd edib:
"Aramızda mehribanlıq var, heç bir ailə daxilində belə bu cür mehribanlıq yoxdur".
Xatırladaq ki, ötən həftədən etibarən Molla Bəradərin Həqqani Şəbəkəsi ilə toqquşmalarda öldüyü iddia olunur.
Telegram kanalımız