Braziliyadan olan bir kişi sənədlərə əsasən 28 il ölənlər siyahısına olub.
Yenisabah.az Oddity Central-a istinadla xəbər verir ki, təqaüdə çıxmaq istəyənə qədər o bunu bilməyib.
70 yaşlı Manoel Marsiano da Silvanın öldüyü güman edilirdi və 28 il əvvəl şəhər qəbiristanlığında "dəfn edilib". Adamın özü də bundan xəbərdar olmayıb və problemdən yalnız pensiya ala, seçkilərdə səs verə bilməyən və pulsuz tibbi xidmətdən istifadə edə bilməyəndən sonra bilib.
Bundan sonra Manoel araşdırmaya başlayıb və öyrənib ki, keçmiş arvadıı bir şahidlə birlikdə 1995-ci ildə yerli hakimiyyət orqanlarına ərinin öldüyünü bildirib. Hadisənin motivləri naməlumdur.
Yalnız barmaq izlərinin papilloskopları onun sağ olduğunu sübut etməyə kömək edib, lakin ölmədiyini təsdiqləmək üçün o, bir neçə şahid də tapmalı olub.
Telegram kanalımız