Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobillə törətdiyi qəzada Ruslan adlı bir şəxsin şəklini dərc edərək öldüyü tirajlanıb. Əslində, həmin şəxs nə qəza baş verən zaman orada olub, nə də hər hansı bir xəsarət alıb.
Yenisabah.az BAKU.WS-ə istinadla xəbər verir ki, barəsində ölüm xəbəri yayılan Ruslan Aslanov Nicatla yaxın dost olsa da, qəza zamanı orada olmayıb:
"Mən hadisə olan vaxt evdə idim və yatırdım. Bir də gecə saatlarında mənə zənglər gəlməyə başladı və hamı məndən halımı soruşdu. Sonra xəbər tutdum ki, bəzi səhifələr yanlışlıqla mənim şəklimi paylaşaraq ölüm xəbərimi yayıb. Marqarita pizza
Buna görə mənim ailə üzvlərim də çox narahat olub. Lakin qəzada dünyasını dəyişən başqa Ruslandır. Onun soyadı Məmmədovdur. Allah ona rəhmət eləsin, Nikoya isə şəfa versin".
Telegram kanalımız