“Ölən heyvanın ətrafına yığılan çaqqallar kimi…”   – Xalq artistindən güllə kimi sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Ölən heyvanın ətrafına yığılan çaqqallar kimi…” – Xalq artistindən güllə kimi sözlər

Şou

15 May 2020 13:04 2685


“Bəzən insanlığı yaddan çıxarırıq, individual yanaşmırıq, ümumi yanaşırıq, sabah başımıza bir iş gəlsə o qədər adam başlayacaq ki, danışmağa. Dost da danışacaq, düşmən də, dost çevrilib düşmən olacaq. Yıxılana balta vurmağı elə öyrənmişik ki…”

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova Mədəniyyət naziri Əbülfəs Qarayevi müdafiə edəndən sonra ona qarşı olan hücumlara münasibət bildirərkən deyib. Qeyd edib ki, yıxılana balta vurmaq heç kimə başucalığı gətirmir: “Millət bir saniyənin içində kütləyə dönə, kütlə canavarına çevrilə bilər. Çox çətindir, mən belə şeyləri o qədər yaşamışam ki. Düzdür, millət mənim arxamda dayanıb, qoymayıb təpik altına salınım, düşmənlərim mənim üstümə gəlsin. Millət mənə çox böyük arxa-dayaq olub, ancaq ağrısını çox çəkmişəm. Həmişə deyirəm ki, mənim tək güvəndiyim millətimdir, lakin millət də kütləyə çevriləndə çətin olur. Olmaz, yıxılana balta vurmayaq. Ölən heyvanın ətrafına yığılan çaqqallar kimi, yıxılanın üstün düşürlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!