Ölən şəxslərin nəşinin Azərbaycana gətirilməsi proseduru müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Ölən şəxslərin nəşinin Azərbaycana gətirilməsi proseduru müəyyənləşdi

Sosial

10 Aprel 2020 19:24 1018


Xaricdə vəfat edən Azərbaycan vətəndaşlarının nəşinin ölkəyə gətirilməsinə icazə verilir.  

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib. 

Qeyd olunub ki, sərhədlər bağlı olduğu müddətdə yalnız vəfat etmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin 1 nəfər yaxınının müşayiəti ilə (müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantində saxlanılmaqla) ölkəyə gətirilməsinə istisna hal kimi şərait yaradılacaq. Toyuqlu pizza

“Qlobal pandemiya dövründə vətəndaşlarımızdan insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl etmələri, sərhəd məntəqələrində toplaşmamaları, bununla da yaşadıqları ölkələrin karantin rejimini pozmamaları tələb olunur”, - deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!