Ölənlərin sayı 70-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Ölənlərin sayı 70-ə çatdı

Hadisə

23 Mart 2024 06:14 1323


İlkin məlumata görə, "Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. 

“Yeni Sabah” xəbər verir ki, "Crocus City Hall"ın tualetlərindən birində 10-dan çox cəsəd tapılıb. Bundan başqa, yeməkxanalarda və təmizləyicilərin avadanlıqların saxladığı otaqlarda da cəsədlər aşkar edilib.

Onlar gizləndikləri yerdən yaxınlarına zəng vuraraq harada olduqlarını, tüstüdən boğulduqlarını deyiblər. Lakin alovun şiddətindən yanğınsöndürənlər onları vaxtında çıxara bilmədiklərinə görə tüstüdən boğulub həlak olublar. pizza sifarişi

Məlumatda qeyd olunur ki, insanlar atışmadan sonra terrorçulardan qorunmaq üçün orada gizləniblər. 

Qeyd edək ki, terror aktı nəticəsində yaralananların sayı 147 nəfərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!