Olimpiada suallarında səhvlər olub? - RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Olimpiada suallarında səhvlər olub? - RƏSMİ CAVAB

Sosial

11 Aprel 2025 00:12 342


Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində dörd sualda kiçik texniki səhv olub.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Respublikası Təhsil İnstitutundan məlumat verilib.

"Doqquz sualda səhv olduğu ilə bağlı iddialar əsassızdır. Dörd sualda səhv olub və həmin sualların cavabı bütün iştirakçıların xeyrinə həll olunub", - məlumatda bildirilib. pizza hut

Qeyd edək ki, mediada Respublika Fənn Olimpiadalarının 23 fevralda yuxarı yaş qrupları üçün keçirilən yarımfinalında riyaziyyat üzrə verilmiş 30 sualdan 9-nun səhv olduğunu iddia edən xəbərlər yayılıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!