“Olimpiakos“ “Qarabağ“la oyuna ciddi itki ilə çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

“Olimpiakos“ “Qarabağ“la oyuna ciddi itki ilə çıxacaq

İdman

26 Sentyabr 2022 17:00 1140


"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u ciddi itki ilə üzləşib. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Pirey təmsilçisinin müdafiəçisi Panayotis Retsos sıradan çıxıb.

Almaniyanın "Bayer" (Leverkuzen) klubundan icarəyə götürülən oyunçu əvəzedici komandaya qarşı yoxlama matçında zədələnib. Dördpendirli pizza

Ayağından xəsarət alan Yunanıstan millisinin üzvü 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, evdə "köhlən atlar"a qarşı keçiriləcək qrup mərhələsinin III tur görüşünü də buraxacaq.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!