“Olimpiakos“un yeni ulduzu “Qarabağ“la oyunda iştirak etməyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Olimpiakos“un yeni ulduzu “Qarabağ“la oyunda iştirak etməyəcək

İdman

05 Oktyabr 2022 12:55 916


"Olimpiakos" komandasının ulduz futbolçusu Marselo Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə iddianı "Sportdog" nəşri irəli sürüb.

Pirey təmsilçisinin baş məşqşçisi Miçel Qonsales 34 yaşlı müdafiəçini "köhlən atlar"la matçda meydana buraxmaq istəmir. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir. Pepperoni pizza

Belə olacağı təqdirdə, Marselo "Qarabağ"a qarşı oktyabrın 13-də Bakıdakı IV tur qarşılaşmasını da buraxacaq.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!