Olimpiya çempionları vətənə qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Olimpiya çempionları vətənə qayıtdı

İdman

04 Avqust 2024 09:17 686


“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları vətənə qayıdıblar.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, onlar üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi ansanblın müşayiəti ilə qarşılama mərasimi təşkil edilib.

Qarşılama mərasimində idmançıların qohumları, rəsmilər və digər şəxslər iştirak edib. Dördpendirli pizza

XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər.

Bununla da Azərbaycan Olimpiadanın cüdo yarışlarında medal sıralamasında ikinci yeri tutub.

Bu göstərici Azərbaycan cüdosunun tarixində bir ilkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!