Olimpiya çempionu: Əziyyət hədər getmədi

saytların hazırlanması

Evə çatdırılma

Olimpiya çempionu: Əziyyət hədər getmədi

İdman

01 Avqust 2024 21:19 788


Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi.

Yenisabah.az xəbər verir ki,bunu Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Zelim Kotsoyev deyib.

Azərbaycan yığmasının üzvü bu qələbəyə görə hədsiz dərəcədə sevincli olduğunu bildiib: Sezar pizza

"Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Bu işdə hər kəsin zəhməti var. Həm Azərbaycan Cüdo Federasiyası, həm də məşqçilərimiz çox çalışdılar. Bu gün səhər yuxudan oyananda özümü çox gümrah hiss edirdim. Qızıl medal qazanmağımda Hidayət Heydərovun rolu az olmadı. Onun uğurları məni qələbəyə köklədi. Hidayət bütün gün zalda mənimlə bərabər olub, öz dəstəyini göstərib. Final görüşünün sonlarında məğlubiyyətlə barışmaq istəmirdim. Çalışırdım ki, rəqib idmançı səhvə yol versin və bu baş verdi".

100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev finalda gürcüstanlı İlya Sulamanidzeyə qalib gələrək olimpiya çempionu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!