Olimpiya çempionumuz Tokio Olimpiadasında iştirak edə bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Olimpiya çempionumuz Tokio Olimpiadasında iştirak edə bilməyəcək

İdman

08 May 2021 21:41 1279


Rio Olimpiadasının qalibi, dünya və ikiqat Avropa çempionu olan taekvondoçu Radik İsayev Tokio Yay Olimpiadasında çıxış edə bilməyəcək.

Yenisabah.az xəbər verir ki, o, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Olimpiya Təsnifat turnirinin +80 kq çəki dərəcəsinin yarımfinalında makedoniyalı Deyan Qeorqiyevskiyə 6:13 hesabı ilə uduzub.

Bununla da 31 yaşlı idmançı Olimpiadaya lisenziyanın bir addımlığında şansdan məhrum olub. pizza

Qeyd edək ki, 2016-cı il Rio Olimpiadasından fərqli olaraq, Tokioda Azərbaycan taekvondoda iki idmançı ilə təmsil olunacaq. Bunlar Milad Beiqi və Fəridə Əzizovadır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!