Olimpiya medalından məhrum olmuş atlet apellyasiya şikayəti vermək niyyətindədir

saytların hazırlanması

Evə çatdırılma

Olimpiya medalından məhrum olmuş atlet apellyasiya şikayəti vermək niyyətindədir

İdman

24 Mart 2022 18:32 389


Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov ağır cəzaya məruz qalmasıdan sonra paylaşım edib.

Yenisabah.az xəbər verir ki, idmançı antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb. Onun olimpiya medalı da əlindən alınıb.

Rəhimov "İnstahram" hesabında  qərarla razı olmadığını bildirib: “Bu vəziyyətdə ən dəhşətlisi odur ki, Olimpiya Oyunlarına vaxtında göndərilən nümunəmlə bağlı heç bir sual olmadan əsas mükafatı - Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qızıl medalı əlimdən almaq istəyirlər. Ona görə də bu qərardan apellyasiya şikayəti vermək niyyətindəyəm". Sezar pizza

Qeyd edək ki, Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığını qəbul edib və o, ölkəni təmsil edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!