Rüstəm Orucov qızıl medal qazandı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm Orucov qızıl medal qazandı - Yenilənib

İdman

24 Oktyabr 2020 21:20 1556


Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın Olimpiya mükafatçısı Rüstəm Orucov (-73 kq) final qarşılaşmasına çıxıb.

Yenisabah.az xəbər verir ki, cüdoçumuz qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampla qarşılaşıb. R.Orucov rəqibini məğlub edərək əsgər salamı verib.

*** pizza hut

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın Olimpiya mükafatçısı Rüstəm Orucov (-73 kq) finala çıxıb.

Yenisabah.az xəbər verir ki,o, müvafiq olaraq Anxzaya Lavcarqala (Monqolustan), Mrak Xristova (Bolqarıstan), Musa Moquşkova (Rusiya) qalib gələrək yarımfinalda Tomi Masiasdan (İsveç) üstün olub. Nəticədə Avropa çempionumuz finalda Nils Ştumpla (İsveçrə) qarşılaşmaq hüququ əldə edib.

Həmin çəkidə digər idmançımız Telman Vəliyev, 81 kq-da yarışan Murad Fətiyev və Hidayət Heydərov ilk görüşlərində uduzaraq mükafatsız qalıb.

Qeyd edək ki, Olimpiya lisenziya xalı qazandıran turnirdə dünən Orxan Səfərov (-66 kq) bürünc medal qazanıb. Yarışa sabah yekun vurulacaq.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!