“Olimpiya” - “Qarabağ” oyununun saatı və hakimləri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Olimpiya” - “Qarabağ” oyununun saatı və hakimləri müəyyənləşdi

İdman

18 Avqust 2023 13:16 857


"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Olimpiya" (Sloveniya) ilə keçirəcəyi oyunların vaxtı açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunu avqustun 24-də səfərdə keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab matçı isə saat 20:00-da start götürəcək.  Dominos pizza

İlk oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Georgi Kabakov olacaq. Ona yan xətt hakimləri qismində Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Radoslav Qijenov yerinə yetirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!