"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpiya"nın futbolçusu Svit Seşlar klubdan ayrılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, Ağdam təmsilçisi ilə ilk oyundan (0:2) sonra jurnalistlərə açıqlamasında deyib. 21 yaşlı yarımmüdafiəçi sözügedən matçın onun Sloveniya klubunda son oyunu olduğunu söyləyib.
S.Seşlar yeni klubunun adını açıqlamayıb. Onun Türkiyənin ikinci lliqa klubu "Eyüpspor"a keçəcəyi gözlənilir. pizza hut
Qeyd edək ki, S.Saşler "Qarabağ"la ilk matçda 72 dəqiqə meydanda olub.
Xatırladaq ki, S.Saşler "Olimpiya"nın heyətində 92 oyuna çıxıb . O, 13 qol vurub və 9 qolun ötürməsini verib.
Telegram kanalımız