Oliqarx deputatdan sərt açıqlama: “Eldar Mahmudovun yaratdığı saytlar...”

saytların hazırlanması

Evə çatdırılma

Oliqarx deputatdan sərt açıqlama: “Eldar Mahmudovun yaratdığı saytlar...”

Siyasət

07 İyul 2020 13:06 2909


“Vaxtilə Eldar Mahmudovun yaratdığı və onun çetesinə xidmət edən saytlarda növbəti dəfə mənim adımı dərman preparatları ilə bağlı hallandırıblar”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkədə yazıb. O, deyib ki, həmin saytlar yazıb ki, Avromed koronavirusun müalicəsi üçün istifadə olunan bəzi dərmanları yalnız öz apteklərinə verir: 

“Karlar, korlar və bir sıra reket saytları idarə edən dələduzlar üçün bir daha təkrar etməyə məcburam: Pepperoni pizza

Birincisi, mən 2010-cu il dekabrın 1-dək Avromedin Direktoru olmuşam. İndi isə 2020-ci ildir.

İkincisi, 2016- cı ildə səhmlərin mənə məxsus olan hissəsini satmışam və mənim Avromed şirkəti ilə heç bir əlaqəm yoxdur.

Üçüncüsü, koronavirusa qarşı dərman preparatları vitamin deyil ki, aptekdə satılsın. Bu dərmanlar ancaq koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanalara TƏBİB tərəfindən verilə bilər. Kimsə bu dərmanları əldə edib öz aptekində satmaq istəyirsə, deməli möhtəkirlik etmək istəyir”.

Deputat açıqlama zamanı AFN.az və Yenigundem.az saytlarının adlarını çəkib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!