Ölkə ərazisində faktiki hava açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Ölkə ərazisində faktiki hava açıqlanıb

Hadisə

21 Oktyabr 2020 16:22 1600


Oktyabrın 20-si gündüzdən 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi arabir güclənib.  

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a bildirilib ki, düşən yağışın miqdarı Sarıbaş (Qax), Zaqatalada 34, Balakəndə 29, Lənkəranda 11, Tovuz, Oğuzda 8, Kişçayda (Şəki) 7, Şəkidə 5, Şəmkir, Ceyrançöl, Quba, Qusarda 4, Astarada 3, Yardımlı, Lerikdə 2, Qəbələ, Daşkəsən, Qrız, Mingəçevir, Yevlax, Gədəbəy, Naftalan, Sumqayıt, Maştağa, Bakıda 1mm-dək olub.

Sumqayıt, Pirallahı, Çilov adası, Göygöl, Balakən, Zaqatala, Qusar, Qrız, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.  pizza

Şimal-qərb küləyi Naftalanda 26 m/s, Neftçala, Ağstafa,Tovuzda 20 m/s, Biləsuvar, Salyan, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!