Ölkə vətəndaşlığından çıxma qaydalarında dəyişiklik ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Ölkə vətəndaşlığından çıxma qaydalarında dəyişiklik ediləcək

Sosial

18 İyul 2019 10:27 1122


Dövlət Miqrasiya Xidməti ölkə vətəndaşlığından çıxma ilə bağlı mövcud qanunvericilikdə olan məsuliyyətin azaldılması ilə bağlı təkliflər üzərində işləyir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. O qeyd edib ki, qanunvericiliyə əsasən 1 ay müddətində ölkə vətəndaşlığından çıxma ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir:

“Həmin şəxs məlumat vermədiyi halda haqqında inzibati tədbirlər görülür. Bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər üzərində işləyirik. Təklif məsuliyyətin azaldılması ilə bağlıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!