Ölkədə iki gün ərzində cinayət törədən 92 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə iki gün ərzində cinayət törədən 92 nəfər saxlanıldı

Kriminal

29 Mart 2021 09:35 520


Daxili İşlər Nazirliyi (DİN) martın 27-dən 29-dək ölkədə qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Yenisabah.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları istirahət günləri ərzində törədilmiş 54 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Dominos pizza

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!