Ölkədə küləkli və yağıntılı hava hakimdir

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə küləkli və yağıntılı hava hakimdir

Sosial

03 Aprel 2025 09:54 198


Aprelin 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Yenisabah.az xəbərt verir ki, əksər bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Şahdağ və Qubada 20 m/s, Goranboy və Altıağacda 19 m/s, Daşkəsən və Naftalanda 18 m/s, Şabranda 16 m/s, Lerikdə 15 m/s-dək güclənib. pizza sifarişi

Düşən yağıntının miqdarı Ordubadda 4, Zaqatala və Şəkidə 3, Qax, Tovuz, Ceyrançöl, Balakən və Gədəbəydə 2, Lerik, Biləsuvar, Lənkəran, Göygöl, Gəncə, Şəmkir, Naxçıvan, Sədərək, Şərur, Şahdağ və Şahbuzda 1 mm-dir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında 24, Naxçıvan MR-da 22, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!