Ölkədə meyvə-tərəvəz istehsalı artacaq

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə meyvə-tərəvəz istehsalı artacaq

İqtisadiyyat

24 Dekabr 2020 12:01 839


Gələn ilin sonunadək Azərbaycanda tərəvəz istehsalının həcmi 1 847,5 min ton təşkil edəcəyi proqnozlaşdırır.

Yenisabah.az xəbər verir ki, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Proqnozlara görə, 2024-cü tərəvəz istehsalının artım dinamikası belə olacaq: 2022-ci ildə 1,5% (1 876,3 min ton), 2023-cü ildə 1,4% (1 904,1 min ton), 2024-cü ildə isə 0,8% (1 919 min tonadək). Pepperoni pizza

Yaxın 4 ildə həmçinin, ölkədə meyvə və giləmeyvə istehsalının da artımı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə 1 276,6 min ton, 2022-ci ildə – 1 355 min ton, 2023-cü ildə – 1 453,1 min ton, 2024-cü ildə isə 1 575,5 min ton meyvə və giləmeyvə istehsal ediləcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!