“Ölkədə sığorta bazarı olsaydı, sahibkar malı üçün göz yaşı tökməzdi”

saytların hazırlanması

Evə çatdırılma

“Ölkədə sığorta bazarı olsaydı, sahibkar malı üçün göz yaşı tökməzdi”

Sosial

27 Mart 2019 14:44 685


“Yanğın təhlükəsizliyi ictimai təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Ona görə də hər yerdə və hər kəs yanğın təhlükəsizliyi tələblərinə də ciddi yanaşmalıdır. Xüsusilə də ictiami yerlərdə - çoxmənzilli binalarda, ticarət obyektlərində, şou məkanlarında, təhsil müəssisələrində və s. yanğından mühafizə qaydaları heç vaxt unudulmamalıdır”.

“Yeni Sabah”ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O vurğulayıb ki, yanğının baş verməsini istisna edən tədbirlərlə yanaşı, baş verən yanğının qarşısını almağın, insanları və müxtəlif maddi dəyərləri yanğından xilas etməyin mükünlüyü də çox önəmlidir: “Hazırda ölkəmizdə, xüsusən də Bakıda tikinti norma və qaydalarına məhəl qoyulmadan sıx məskunlaşma, xüsusən iri ticarət obyektlərinin ətrafında mövcud olan vəziyyət ciddi təhlükələrdən xəbər verir.  Unutmaq olmaz ki, hər il dünyada yanğınlar 85-90 min insanın həyatına son qoyur, inkişaf etmiş olkələrdə ÜDM-in təxminən 1%-i yanğınlarda külə dönür. Yanğınlar nəticəsində ətraf mühitə külli miqdarda ziyan dəyir”.

Ekspert qeyd edib ki, dünənki yanğınla bağlı sığorta haqqında daha çox danışılır: Marqarita pizza

“Gəlin, bir həqiqəti xatırlayaq: bizim ölkəmizdə könüllü sığorta yox dərəcəsindədir. Sığorta şirkətləri icbari sığortaların və qanunda "könüllü" kimi nəzərdə tutulsa da, əslində məcburi olan sığortaların (məsələn, girov və ya lizinq predmetinin sığortası və s.) hesabına mövcuddur. Vəziyyəti isə ilk növbədə sığorta şirkətləri özləri və bu sahədə dövlət idarəçiliyini həyata keçirən qurumlar dəyişməlidirlər. Sığorta xidmətini elə real və mükəmməl etmək lazımdır ki, sahibkar işə başlamazdan əvvəl ilkin addımlar sırasında sığorta müqaviləsini bağlamağı da görsün. Məsələn, dünənki kimi hadisə inkişaf etmiş sığorta bazarı olan ölkədə olanda, sahibkar, nəinki, malı üçün göz yaşı tökərdi, hətta yaxına gəlib zəhərli tüstünü də udmaq istəməzdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!