Ölkədə yağışlı-küləkli hava davam edir

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə yağışlı-küləkli hava davam edir

Sosial

01 İyul 2025 10:21 283


Milli Hidrometeorologiya Xidmətinin iyulun 1-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda 16, Şəkidə 15 m/s-dək güclənib. pizza sifarişi

Havanın maksimal temperaturu iyunun 30-da Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 32, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!