Ölkədə zorakılığın səbəbi odur ki... -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə zorakılığın səbəbi odur ki... - Açıqlama

İqtisadiyyat

23 May 2019 10:02 1178


BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai təmsil etdiyi qurumun apardığı tədqiqatın nəticələrini açıqlayıb və deyib ki, Azərbaycanda kişilərin 32,5 faizi qadınlara qarşı zorakılıq törədir. 

“Yeni Sabah” xəbər verir ki, aşıqlamanı şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, onun fikrincə bu çox aşağı rəqəmdir, reallıqda bu rəqəm azı 2 dəfə daha çox olmalıdır. 

“Xanımlara qarşı zorakılıq, ayrı-seçkilik ölkəmizdə çox geniş yayılıb. Bəzi insanlar bunu çürümüş mentalitetlə (mən, ümumiyyətlə mentalitet anlayışına inanmıram, bu davranış qaydalarıdır və bu qaydaların formalaşmasında gen, qan rol oynamır), bəziləri dinlə, bəziləri ənənələrlə izah edirlər. Ola bilər, ehtimalların hər birinin özünəməxsus rolu var, amma ən başlıca səbəblərdən biri iqtisadiyyatda gizlənib.  pizza mizza

Bizdə “ailə dəyərləri” adı altında sırınan davranış qaydaları dövlətin sosial institutlarına güvənsizlikdən, bu institutların öz funksiyalarını normal yerinə yetirməməkdən doğur və təməlində iqtisadi səbəblər yatır”.

N. Cəfərli deyib ki, bizdə valideynlər öz övladlarını ona görə yanlarından buraxmaq istəmirlər ki, qocalanda dövlətin verdiyi təqaüdlə dolana bilməyəcəklərini anlayırlar, övladlar isə ona görə valideyn himayənsindən kənara çəkilə bilmirlər ki, öz güclərinə ev-eşik qura, evlənib, ailə qurub dolana bilmirlər – bunun da adını “dəyər” qoyub fəxr edirik ki, bizdə ailəyə daha sıx bağlılıq var: “Və ya xanımlar öz ərlərinin hər axmaqlığına, hər vəhşiliyinə ona görə dözürlər ki, ölkədəki iqtisadi durum onların ayrılandan sonra müstəqil şəkildə yaşamalarına, keçmiş ərlərindən normal aliment almamarına imkan olmur. Yəni, rəsmi maaşı 300-400 manat civarında olan işləyən xanım belə zorakılığa dözür ki, ayrılsa özünü, övladlarını dolandıra bilməyəcək, hələ mən işsiz, təhsilsiz evdar qadınları demirəm – onların vəziyyəti lap acınacaqlıdır. 

Beləliklə ölkədə kişi domenatlığının, zorakılığının əsas səbəbi iqtisadi durumla bağlıdır, dövlət institutlarının zəifliyi ilə əlaqadardır, institutlara güvənsizliklə izah edilir. 

Qadına qarşı zorakılığın azalması yolu iqtisadi rifahdan keçir, iqtisadi səbəblərə bağlıdır. Yüksək təhsilli, gəlirli xanımların artması onlara özgüvən gətirəcək, kişi zorakılığının azalmasına səbəb olacaq. Ona görə də, bu məsələni müzakirə edərkən nəticələrə deyil də, səbəblərə köklənmək lazımdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!