Ölkədən qanunsuz şəkildə dollar çıxarmağa çalışan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ölkədən qanunsuz şəkildə dollar çıxarmağa çalışan şəxs tutuldu

Hadisə

31 Avqust 2021 22:09 1270


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Belə ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. pizza

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9 000 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda olan əl çantasının içərisindən isə gömrük nəzarətindən gizlədilən 12 200 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!