Ölkəmizi Konfrans Liqasında təmsil edəcək sonuncu iştirakçı da bilindi

saytların hazırlanması

Evə çatdırılma

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək sonuncu iştirakçı da bilindi

İdman

27 May 2023 19:45 929


Bu gün Azərbaycanın UEFA-nın Konfrans Liqası yarışındakı sonuncu iştirakçısı müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, bu, "Qəbələ"dir. Komanda son turda "Kəpəz"lə heç-heçə edib - 1:1. Bu nəticədən sonra xalını 50-yə çatdıran Elmar Baxşıyevin komandası yarışı 4-cü pillədə başa vurub. "Zirə" də eyni xalı toplasa da, şəxsi oyunlarda üstünlüyə görə komanda ilk 4-lükdə yer alıb. Beləliklə, Azərbaycan kubokunun finalında “Neftçi” ilə matçın nəticəsindən asılı olmayaraq, "Qəbələ" 2023/24 mövsümündə Konfrans Liqasının birinci mərhələsindən yarışacaq. 

Qeyd edək ki, mövcud qaydalara əsasən, KL-ə vəsiqə alan 3-cü yerin sahibi (indiki halda “Neftçi”) kuboku da qazanırsa, 4-cü yeri tutan komanda avrokuboka qatılır.  Sezar pizza

Xatırladaq ki, Azərbaycan artıq 3 klub Avropa kubokuna vəsiqəni təmin edib. Bunlar “Qarabağ” (Çempionlar Liqası), “Sabah” və “Neftçi”dir (Konfrans Liqası). 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!