Ölkəyə gətirilən yeni “Toyota”lar yandı - FHN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə gətirilən yeni “Toyota”lar yandı - FHN-dən açıqlama

Sosial

03 Mart 2025 09:40 241


Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, ölkəyə idxal olunan yeni avtomobilləri daşıyan nəqliyyat vasitəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən unikal.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb. Marqarita pizza

Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!