Ölkəyə qanunsuz siqaret və araq keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə qanunsuz siqaret və araq keçirmək istədi

Kriminal

10 İyun 2019 08:19 1569


Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21154" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Yeni Sabah”a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda 3 800 ədəd "Parliament Carat" markalı siqaret, 10 ədəd "Nemiroff 1L" markalı araq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!