Ölkəyə qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alındı

Kriminal

02 İyul 2020 13:57 773


Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. 

Yenisabah.az Dövlət Gömrk Komitəsinə istinadən xəbər verir ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb, sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən har hansı predmetin olmadığını bildirib. 

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan və ölkə ərazisinə gömrük rəsmləşdirilməsi üçün gətirdiyi " Toyota Prius" markalı avtomobilin baqajının sağ-sol ətraflarında gömrük nəzarətindən gizlədilən 8 ədəd " Samsung A 51 Prism Crush", 1 ədəd " Mi Note 10 Pro Aurora Green 8 GB" və 1 ədəd " Mi Note 10 Pro Midnight Black 8 GB" markalı mobil telefonlar aşkar edilib. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!