"Youtube" fenomeni Tor Ekhof qəza nəticəsində həlak olub.
Yenisabah.az "Haber Global"a istinadən xəbər verir ki, "Apetor" ləqəbi ilə "Youtube"da videolar paylaşaraq fenomen olan Ekhof 2 gün öncə 57 yaşını qeyd edib. Fenomen "Ölmədim, 57 yaşındayam" deyərək video paylaşıb.
Növbəti gün o Norveçin Yakobs kanalında buz üstündə konki sürən zaman suya düşüb. Xeyli vaxt suyun içində qalan Ekhof dalğıclar tərəfindən xilas edilsə də, xəstəxanada vəfat edib. pizza hut
Qeyd edək ki, Tor Ekhofun "Youtube"da 1,2 milyon izləyicisi olub.
Telegram kanalımız