“Ölsəydim məni Stalin kimi dəfn edəcəkdilər”   - Baş nazir 

saytların hazırlanması

Evə çatdırılma

“Ölsəydim məni Stalin kimi dəfn edəcəkdilər” - Baş nazir 

Dünya

03 May 2020 17:04 899


İngiltərənin Baş naziri Boris Conson koronavirus infeksiyasından sağalandan sonra ilk dəfə xəstəxanada keçirdiyi ağır günlərdən danışıb.

Yenisabah.az xəbər verir ki, ölkəsində ən çox oxunan “The Sun” qəzetinə müsahibə verən Baş nazir xəstəlikdən necə qurtulduğunu hələ də anlaya bilmədiyini deyib: “Məni süni nəfəs aparatına qoşmuşdular. Ölüm qaşla göz arasındaydı. Sağalacağıma ümidim çox az idi”.

Boris Conson dəfniylə bağlı ssenarinin hazır olduğunu etiraf edib: “Həkimlər ora-bura qaçırdılar. Vəziyyət çox pis idi. Hətta dəfn ssenarim də hazır idi. Əgər ölsəydim, məni Stalin kimi dəfn edəcəkdilər. Bir neçə gün sonra yaxşılaşmağa başladım. Öz-özümə deyirdim ki, necə oldu birdən-birə belə yaxşılaşdım? Bu dəfə də sağalmağıma görə depressiyaya düşdüm”. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!