Türkiyədə karantin tədbirləri nəticəsində son bir həftədə hərəkətlilik daha da azalıb.
Yenisabah.az xəbər verir ki, "Google" smartfon sahiblərinin "location" (yer) məlumatlarını istifadə edərək hazırladığı ölkələrin "İctimai Hərəkətlilik Hesabatı"nı yeniləyib. Nəticələrə görə, Türkiyədə martın 29-dan aprelin 5-dək olan müddətdə hərəkətlilikdə artım müşahidə edilməyib. Martın 29-da karantindən əvvəlki dövrlə müqayisədə 71 faiz olan kütləvi nəqliyyatın istifadəsindəki eniş aprelin 5-dən etibarən 76 faizə çatıb. Evdə qalmadakı artım isə 17 faizdən 19 faizə qalxıb.
Qeyd edək ki, 5 apreldən etibarən Türkiyədə insanların alış-veriş və əyləncə məkanlarında keçirdiyi müddət də əvvəlki dövrlə müqayisədə 76 faiz azalıb. Martın 29-da bu göstərici 75 faiz idi. Pepperoni pizza
Leyla Aslan
Telegram kanalımız