“Ölüm dayanacağı” fəaliyyətini davam etdirir - Video

saytların hazırlanması

Evə çatdırılma

“Ölüm dayanacağı” fəaliyyətini davam etdirir - Video

Sosial

04 Fevral 2020 18:39 1444


Bakı Dairəvi Yolunun Yasamal ərazisindən "ölüm dayanacağı" hələ də olduğu kimi qalır.

"Yeni Sabah" xəbər verir ki, Xəzər TV bu barədə hazırladığı süjetdən aydın olur ki, sərnişinlər dar bir səkidən dayanacaq kimi istifadə edirlər və bu yoldan avtomobillər sürətlə şütüyür. 

Nə dayanacaq var, nə də sərnişinlərin avtobusları gözləmələri üçün xüsusi platforma. Avtobuslar isə sərnişin mindirib-düşürmək üçün yolun istənilən hissəsində saxlayırlar. Marqarita pizza

Bakı Dairəvi yolunun Əsəd Əhmədov küçəsi ilə kəsişməsində artıq bir neçə ildir ki, hər gün bu mənzərə yaşanır.

Sərnişinlər deyirlər ki, bura onların həyatları üçün təhlükəli olsa da, evlərinə gedib-gəlmək üçün hər gün bu ensiz beton plitənin üzərində dayanmağa məcburdurlar.

Sərnişinlərin sözlərinə görə, ətrafda çox sayda sakin yaşayır. Onlar dayanacaqda minmək və ya düşmək üçün kilometrlərlə yol getməlidirlər. Elə ona görə də avtobusların məhz burada dayanmasını sürücülərdən tələb edirlər.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Xəzər xəbər"ə bildirdi ki, həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Lakin agentlik tərəfindən daşıyıcılara həmin yerlərdə avtobusları saxlamamaları barədə xəbərdarlıq edilib. Ancaq sərnişinlər hər dəfə sürücünü orda saxlamağa məcbur edirlər. Sürücü saxlamayanda isə narazılıq yaranır. Mais Ağayev deyir ki, bütün marşrut avtobuslarının kart sisteminə keçməsi ilə problem aradan qalxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!