Ölüm hallarının sayına görə Ermənistan dünyada dördüncüdür

saytların hazırlanması

Evə çatdırılma

Ölüm hallarının sayına görə Ermənistan dünyada dördüncüdür

Dünya

02 Noyabr 2020 15:48 1020


Ermənistanda pandemiya qurbanlarının sayı 28 nəfər artaraq 1391-ə çatıb.

Yenisabah.az xəbər verir ki, bu göstərici ilə Ermənistan əhalinin hər yüz min nəfərinə düşən ölüm hallarının sayına görə dünyada dördüncü yerə yüksəlib.

Qeyd edək ki, bu barədə Avropada Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin hesabatında məlumat verilib. pizza mizza

Bildirilib ki, Ermənistanda COVID-19-dan ölüm faktı hər 100 min nəfərdən 6,19 təşkil edir.

Çexiya oktyabrın sonuncu həftəsində COVID-19-dan 11,02 ölüm hadisəsi ilə lider olub. İkinci yerdə Andorra (7,88), 3-cü yerdə Belçika (6,81), 4-cü yerdə Ermənistan (6,19), 5-ci sırada isə Monteneqrodur (6,11).

Hazırda Ermənistanda 35 min 215 aktiv koronavirus xəstəsi var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!