Ölümcül difteriya kabusu: 1319 ölüm!

saytların hazırlanması

Evə çatdırılma

Ölümcül difteriya kabusu: 1319 ölüm!

Dünya

18 Mart 2025 10:56 211


Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) son üç ildə ölkədə difteriya səbəbindən 1319 nəfərin həyatını itirdiyini açıqlayıb.  

Milli Difteriya Fövqəladə Hallar Əməliyyat Mərkəzinin hazırladığı son hesabatına görə, Nigeriyada son bir həftə ərzində 23 yeni difteriya halı qeydə alınıb. 2022-ci ilin may ayından bu günə qədər ölkənin 36 ştatında 42 mindən çox yoluxma faktı təsdiqlənib və indiyə qədər 1319 nəfər dünyasını dəyişib.  

Yenisabah.az xəbər verir ki, sözügedən təşkilat difteriya ilə mübarizə çərçivəsində yoluxma hallarının yüksək olduğu bölgələrdə vaksinasiya kampaniyasına başlayıb. Dünya Səhiyyə Təşkilatı (DST) Nigeriyada difteriya hallarının artması səbəbilə ikinci epidemiya dalğasının yaşandığını təsdiqləyib.   Toyuqlu pizza

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ötən il Nigeriyaya bu xəstəliklə mübarizə məqsədilə 9,3 milyon doza peyvənd göndərib.  

Xalq arasında "quşpalazı" kimi tanınan difteriya “Corynebacterium diphtheriae” adlı mikroorqanizmin boğaz, burun, göz və dəriyə yerləşməsi nəticəsində yaranır. Yoluxucu olan bu xəstəlik ölümlə nəticələnə bilər. 

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!